Kamran Əliyev bu cinayət işini xüsusi nəzarətə götürdü
Bizi izləyin

Hadisə

Kamran Əliyev bu cinayət işini xüsusi nəzarətə götürdü

Tovuz rayon Dondar Quşçu kənd sakini Nərmin Quliyevanın qəsdən öldürülməsi ilə bağlı Baş Prokurorluğun istintaq idarəsində istintaqı aparılan cinayət işi Baş prokurorun xüsusi nəzarətindədir.

Publika.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun İnstaqram səhifəsində aparılan sual-cavab sessiyasında bildirilib.

Qeyd olunub ki, hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir:

"İstintaqın nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcək".

Xatırladaq ki, ötən il noyabrın 19-da itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti bu il yanvarın 6-da kənd ərazisində aşkar edilib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm