• USD 1,7000 0,00% EUR 2,0173 +0,15%
    • GBP 2,2026 -0,01% RUB 0,0225 -0,89%

Rüşvətə görə işdən çıxarılan vəzifəli şəxslərlə bağlı YENİ XƏBƏR

  • Hadisə
  • 25 Avqust 2020 10:26
  • 600 Baxış
Rüşvətə görə işdən çıxarılan vəzifəli şəxslərlə bağlı YENİ XƏBƏR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Ağdaş rayon şöbəsinin məsləhətçisi Məharət Əhmədov, ünvanlı sosial yardım və sosial müavinətlər sektorunun digər məsləhətçisi Qaraş Şahmuradov və Ağdaş rayon Telekommunikasiya qovşağında mühasib vəzifəsində işləyən Nigar Həsənovanın barəsində olan cinayət işi üzrə məhkəmə başlayıb.

Publika.az xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Bilal Məmmədovun sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı sentyabrın 7-nə təyin edilib.

İttihama görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Ağdaş rayon şöbəsində aztəminatlı ailələrə sosial yardımın verilməsi üçün rüşvət tələb edilməsi barədə daxil olmuş məlumat Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinin Ünvanlı sosial yardım və sosial müavinətlər sektorunun məsləhətçisi Məharət Əhmədov xidməti vəzifələrinin icrası ilə əlaqədar vətəndaşdan istədiyi rüşvətin bir hissəsini alarkən cinayət başında yaxalanıb.

Aparılmış istintaqla ünvanlı sosial yardım və sosial müavinətlər sektorunun digər məsləhətçisi Qaraş Şahmuradovun Məharət Əhmədovla qabaqcadan əlbir olub vətəndaşa sosial yardımın alınması istiqamətində kömək ediləcəyini bildirməsinə, nəticədə onun əlbir olduğu Məharət Əhmədovun vətəndaşdan ilk dəfə 400 manat, növbəti dəfə isə 600 manat olmaqla cəmi 1.000 manat məbləğində pul vəsaitini rüşvət qismində təkrarən almasına əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, istintaqla Qaraş Şahmuradovun Ağdaş rayon Telekommunikasiya qovşağında mühasib vəzifəsində işləyən Nigar Həsənovanın vasitəsilə vətəndaşdan sosial yardımın təyin olunması müqabilində 400 manat məbləğində pul vəsaitini rüşvət qismində istəyərək almasına da əsaslı şübhələr müəyyən edilib.

İstintaq orqanı tərəfindən Qaraş Şahmuradovun barəsində Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə, Məharət Əhmədov isə həmin məcəllənin 311.3.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Həmçinin, Nigar Həsənova Cinayət Məcəllənin 32.5, 311.1-ci (rüşvət almaya köməkçilik) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR