• USD 1,7000 0,00% EUR 2,0122 -0,28%
    • GBP 2,3617 -0,22% RUB 0,0233 0,00%

Ədliyyə Nazirliyinin binası yandı: Canlı yayım dayandırıldı (YENİLƏNDİ)

  • Hadisə
  • 26 Avqust 2020 12:51
  • 2 906 Baxış
Ədliyyə Nazirliyinin binası yandı: Canlı yayım dayandırıldı

Ədliyyə Nazirliyi inzibati binada baş verən yanğınla bağlı açıqlama yayıb.

FHN-dən Publika.az-a verilən məlumata görə, bu gün səhər 11 radələrində Ədliyyə Nazirliyinin inzibati binasında 12 kv.m sahəli otaqda qısa qapanma nəticəsində yanğın hadisəsi baş verib.

Nazirlikdə quraşdırılmış yanğın siqnalizasiya sistemi dərhal işə düşüb, daxili yanğından mühafizə avadanlığı istifadə olunmaqla yanğın təxirəsalınmadan söndürülüb.

Eyni zamanda, FHN-nin Dövlət Yangından Mühafizə Xidməti dərhal hadisə yerinə gəlib.
Xəsarət alan yoxdur, sənədlərə və avadanlığa ziyan dəyməyib. Hadisənin nazirliyin iş ahənginə heç bir təsiri olmayıb.

xxx

11:37

Ədliyyə Nazirliyinin binasında yanğın başlayıb.

Axar.az xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür.

Qeyd edək ki, hadisə zamanı nazirliyin rəsmi səhifəsində canlı yayım gedirmiş. Yanğın baş verən zaman canlı yayım dayandırılıb.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR