• USD 1,7000 0,00% EUR 1,9837 0,00%
    • GBP 2,1690 0,00% RUB 0,0221 0,00%

Mehdiyevin nəvəsinin toyundan YENİ GÖRÜNTÜLƏR - VİDEO

  • Hadisə
  • 27 Avqust 2020 07:45
  • 7 657 Baxış
Mehdiyevin nəvəsinin toyundan YENİ GÖRÜNTÜLƏR - VİDEO

Prezident Administrasiyasının keçmiş rəhbəri, AMEA-nın prezidenti akademik Ramiz Mehdiyevin nəvəsinin qalmaqallı toyundan yeni görüntülər yayılıb.

Publika.az həmin görüntüləri təqdim edir.

Qeyd edək ki, avqustun 18-də Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy mərasimi keçirilib.

Mərasim Novxanıda bağ evində baş tutub.

Görüntülərdə Ramiz Mehdiyev də yer alıb.

Mərasimdə Bakı Dövlət Universitetinin sabiq rektoru, akademik Abel Məhərrəmov Ramiz Mehdiyevin şərəfinə “tost” deyib.

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar martdan bəri Azərbaycanda toyların keçirilməsinə qadağa var.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR