Azərbaycanda dəhşətli hadisə - 3 yaşlı uşaq diqqətsizliyin qurbanı oldu
Bizi izləyin

Hadisə

Azərbaycanda dəhşətli hadisə - 3 yaşlı uşaq diqqətsizliyin qurbanı oldu

Ucar rayonunda 3 yaşlı uşaq binadan yıxılaraq ölüb.

Publika.az xəbər verir ki, hadisə rayonda yerləşən məcburi köçkünlərin məskunlaşdığı yaşayış binasında baş verib.

Belə ki, əmisi evinə qonaq gedən və nəzarətsiz qalan 3 yaşlı Fərhan Qədimov 5-ci mərtəbədən yıxılaraq müxtəlif növ bədən xəsarətləri ilə ağır vəziyyətdə Ucar Mərkəzi Rayon Xəstəxanasına gətirilib.

Vəziyyəti ağır olduğundan oradan Göyçay Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

Fərhan Qədimovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm