Keçmiş icra başçısı nazirlikdəki vəzifəsindən də çıxarıldı
Bizi izləyin

Hadisə

Keçmiş icra başçısı nazirlikdəki vəzifəsindən də çıxarıldı

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti rəisinin birinci müavini vəzifəsindən azad olunub.

Publika.az xəbər verir ki, Xidmətin mətbuat katibi Fariz Hüseynli “MediaPost”a açıqlamasında Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini Zöhrab Pirimovun bir müddət öncə yaş həddi ilə əlaqədar öz ərizəsi ilə tutduğu vəzifədən azad edildiyini bildirib.

Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun müvafiq əmri ilə, Zöhrab Pirimov vəzifəsindən azad edilib.

Qeyd edək ki, Zöhrab Ziyəddin oğlu Pirımov 2004-2007-ci illərdə Qusar rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Xatırladaq ki, Zöhrab Pirimov Dövlət Təhlükəsizliyi Xidmətinin mayın 8-də Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı saxlanılaraq həbs edilən MİQİBDX-nin sabiq rəisi Zakir Sultanov ən yaxın adamı sayılırdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm