Bakı sakini həyətində bıçaqlandı
Bizi izləyin

Hadisə

Bakı sakini həyətində bıçaqlandı

Paytaxtda bıçaqlanma hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə Sabunçu rayonu, Bilgəh qəsəbəsində qeydə alınıb.

Belə ki, 1983-cü il təvəllüdlü Məmmədov Vüqar Əkrəm oğlu tanıdığı şəxs tərəfindən yaşadığı evin həyətində bıçaqlanıb.

Yaralı təcili yardımın köməyi ilə 3 nömrəli Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı onda sol saidin və əlin kəsilmiş-deşilmiş bıçaq yaraları aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm