Masallı və Lənkərandan Qubaya gələn dindarlar saxlanıldı
Bizi izləyin

Hadisə

Masallı və Lənkərandan Qubaya gələn dindarlar saxlanıldı

Xüsusi karantin rejiminin tələblərini pozaraq Qubaya gizli yollarla “Aşura” mərasiminə dəstək məqsədi ilə Masallı və Lənkəran rayonlarından gələn dindarlar polis tərəfindən saxlanılıblar.

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Publika.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman karantin qaydalarını pozaraq Qubada yerləşən Zərdabi və Hacı Cəfər məscidlərində “Aşura” məclisi keçirmək üçün dəstək olmağa gələn iki şəxsi aşkar ediblər.

Onların Masallı rayon sakini Samir Hüseynli və Lənkəran rayon sakini Arif Hüseynov olduqları məlum olub.

Qaydalarını pozan A.Hüseynov və S.Hüseynli barəsində qanunauyğun tədbirlər görülüb və onlar 10 sutka inzibati həbs ediliblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm