Lerikdə Aşura mərasimi keçirmək istəyənlər saxlanıldı
Bizi izləyin

Hadisə

Lerikdə Aşura mərasimi keçirmək istəyənlər saxlanıldı

Lerikin Cəngəmiran kəndində "Aşura" mərasimi keçirmək istəyənlər saxlanıldı.

DİN Mətbuat Xidmətinin regional qrupundan Publika.az-a verilən məlumata görə, Lerik rayonunun Cəngəmiran kəndi ərazisində bir qrup şəxsin “Aşura” mərasimini keçirmək üçün məscidin qarşısına toplaşmaq istədikləri müəyyən olunub. Onlar ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən saxlanılaraq Lerik Rayon Polis şöbəsinə gətiriliblər.

Polis şöbəsində onlarla izahedici söhbətlər aparılıb. Xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 5 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq cərimə olunublar.

Bir nəfər barəsində toplanmış materiallar isə baxılması üçün Rayon Məhkəməsinə göndərilib

Oxumağa davam et
Reklam
Reklam

Gündəm