Sumqayıtda 10 yaşlı uşaq kanala düşdü
Bizi izləyin

Hadisə

Sumqayıtda 10 yaşlı uşaq kanala düşdü

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə bu gün axşam saatlarında Sumqayıt şəhəri, "Stansiya Sumqayıt" adlanan ərazidə naməlum şəraitdə itkin düşən 2010-cu il təvəllüdlü Davudov Yusif Bəhlul oğlunun axtarışlarının aparılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Bu barədə Publika.az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, ilkin olaraq, Sumqayıt Regional Mərkəzinin xilasetmə qrupu və polis əməkdaşlarının iştirakı ilə Y.Davudovun itkin düşdüyü ehtimal olunan ərazidə axtarış işlərinə başlanılıb.

Uşağın Samur-Abşeron kanalına düşməsinə əsaslı şübhələr yarandığından Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm