Bakıda moped ağır qəza törətdi - ÖLƏN VAR
Bizi izləyin

Hadisə

Bakıda moped ağır qəza törətdi - ÖLƏN VAR

Sentyabrın 3-də saat 14 radələrində Binəqədi rayonunda ağır yol qəzası baş verib.

Publika.az xəbər verir ki, Biləcəri qəsəbəsi ərazisində qəsəbə sakini Zahir Mirzəyev idarə etdiyi mopedi qarşıda gedən Bakı şəhər sakini T.Əsədovun idarə etdiyi “JAC” markalı yük avtomobilinə vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş Z.Mirzəyev orada ölüb.

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm