Bakıda 12 yaşlı oğlan faciəvi şəkildə öldü
Bizi izləyin

Hadisə

Bakıda 12 yaşlı oğlan faciəvi şəkildə öldü

Cari il avqust ayının 31-də saat 21 radələrində Xəzər rayonunun Şağan qəsəbəsi ərazisində Bakı şəhər sakini C.Əliyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolun kənarında velosiped sürən paytaxt sakini, 12 yaşlı Elmir Kərimzadəni vurub.

Publika.az xəbər verir ki, hadisə nəticəsində xəstəxanaya yerləşdirilmiş uşaq sentyabrın 3-də orada ölüb. Xəzər RPİ tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, vəfat edən uşaq Teatr Xadimləri İttifaqının əməkdaşı Elmira Kərimovanın nəvəsidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm