Azərbaycanda partiya sədrinə cinayət işi açıldı - BU SƏBƏBDƏN
Bizi izləyin

Hadisə

Azərbaycanda partiya sədrinə cinayət işi açıldı - BU SƏBƏBDƏN

Azərbaycanda partiya rəhbərinə qarşı cinayət işi başlanıb.

Azərbaycan Mübarizləri Partiyasının (AMP) sədri Ağadur Müslümov 100 min manat dələduzluqda ittiham olunur.

Partiya sədri İran vətəndaşı Khorazme Alireza Ghorban və Babayev İsaxan Teymur oğluna qarşı dələduzluq edib. A. Müslümova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurduqda) maddəsi ilə ittiham verilib.

Sədr barədə olan cinayət işinin istintaqı başa çatdırılıb və iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Əhməd Quliyevin icraatına verilib. (Trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm