Bakıda QORXUNC HADİSƏ: kran aşdı, ölən var - FOTO\VİDEO - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Bakıda QORXUNC HADİSƏ: kran aşdı, ölən var - FOTO\VİDEO - (YENİLƏNDİ)

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Mövsüm Sənani 37 ünvanında kranın aşması barədə məlumat daxil olub. Dərhal aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisənin baş verdiyi əraziyə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, tikinti şirkətlərindən birinə məxsus qülləli kran yaxınlıqdakı 9 mərtəbəli binanın və qarşısında dayanan avtomobillərin üzərinə aşıb. İlkin məlumata görə, kranın kabinasında olan 1 nəfər ölüb.

xxx

14:48

Bakının Nəsimi rayonu, Mövsüm Sənani küçəsi 29 ünvanında kranın aşması nəticəsində 5 avtomobilə ciddi ziyan dəyib.

Trend-in hadisə yerində olan müxbirinin verdiyi məlumatına görə, hadisə nəticəsində kran küçədə dayanan 5 avtomobilin üzərinə aşıb. Həmin avtomobillər tam yararsız vəziyyətə düşüb.

xxx

Bakıda kranın aşması nəticəsində bir nəfər ölüb.

Səhiyyə Nazirliyindən verilən görə, hadisə paytaxtın Nəsimi rayonu, Mövsüm Sənani 29 ünvanında baş verib.

Həmin ərazidə kranın aşması barədə məlumat təcili yardıma saat 14.04 də daxil olub. Bədbəxt hadisə nəticəsində 1 nəfər ölüb.

xxx

Bakıda qaldırıcı kranın aşması nəticəsində 1 nəfər ölüb.

Hadisə şahidlərinin Trend-ə verdiyi məlumata görə, qəzada kranın sürücüsü ölüb.

xxx

14:32

Bakıda kran aşıb.

Publika.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin yaydığı məlumata görə, bir az əvvəl Azadlıq prospekti ilə Nəsib bəy Yusifbəyli küçəsinin kəsişməsinə yaxın ərazidə kran aşıb:

"Azadlıq prospekti ilə Nəsib bəy Yusifbəyli küçəsinin kəsişməsində kranın aşması ilə əlaqədar Həsən Əliyev küçəsindən Azadlıq prospektinə giriş (şəhər istiqamətində) bağlanıb.

Hazırda avtomobillər eləcə də, müntəzəm və ekspres xətlər üzrə avtobuslar alternativ yollardan keçməklə hərəkət edirlər. Sürücülərdən zərurət olmadığı halda bu istiqamətdə hərəkətdən çəkinmələrini xahiş edirik.

Bunu nəzərə alaraq həmin istiqamətdə hərəkət edən sürücülərdən alternativ küçələrdən istifadə etmələrini xahiş edirik".

Hazırda hadisə yerinə FHN əməkdaşları cəlb olunublar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm