Şəkidə iki avtomobil toqquşdu, biri YANDI
Bizi izləyin

Hadisə

Şəkidə iki avtomobil toqquşdu, biri YANDI

Şəki rayonunda yol qəzası baş verib.

Publika.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Bideyiz kəndi ərazisində qeydə alınıb.

Belə ki, Ümüd Məmmədlinin idarə etdiyi "VAZ-2107" markalı avtomobillə Nağdalı Səmədovun sükanı arxasında olduğu " VAZ-2106" markalı avtomobil toqquşub. Qəzadan sonra "VAZ-2107" alışaraq yanıb.

Hadisə nəticəsində avtomobillərdə olan iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. / "Report"

Oxumağa davam et
Reklam
Reklam

Gündəm