Hadisə
Yevlax Mərkəzi Xəstəxanası cərimələndi
Yevlax Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi xəstəxana ətrafında yaradılan antisanitariyaya görə cərimələnib.
Bu barədə Publika.az-a Yelvax Mənzil Kommunal İstehsalat Birliyindən bildiriblər.
Qeyd olunub ki, xəstəxana İnzibati Xətalar Məcəlləsinin 266.4 maddəsi ilə cərimələnib:
“Yevlaxda fəaliyyət göstərən tibb ocağında işlənmiş tibbi vasitələr xəstəxananın ərazisinə atılaraq üfünət, təhlükə yaratmışdı. Məhz pandemiya dövründə bu cür hadisənin baş verməsi ətrafda yaşayan insanların haqlı narazılığına səbəb olmuşdu. Ərazinin antisanitar vəziyyətdə qalmasına səbəb isə xəstəxanın Mənzil Kommunal İstehsalat Birliyi ilə müqavilə bağlamaqdan imtina etməsi idi. Məsələ mediada işıqlandırldıqdan sonra problem öz həllini tapdı. Ötən gündən xəstəxananın ərazisi tullantılardan təmizlənib, oraya konteynerlər qoyulub, təhlükə saçan yer dezinfeksiya edilib".
"Artıq bir neçə ay idi ki, sözügedən xəstəxana idarə ilə müqavilə bağlamaqda imtina etsə də ərazi əməkdaşlarımız tərəfindən işin dəyəri ödənilmədən təmizlənirdi. Yalnız son 15 gündür ki, ərazi təmizlənmədiyindən orada tullantı yığını çoxalaraq riskli vəziyyət yaratmışdı”, məlumatda bildirilib.
-
Magazin121:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət