Gürcüstan vətəndaşı Bakıda özünü BIÇAQLADI
Bizi izləyin

Hadisə

Gürcüstan vətəndaşı Bakıda özünü BIÇAQLADI

Bakıda intihara cəhd hadisəsi baş verib.

Publika.az
xəbər verir ki, Hadisə Nərimanov rayonunda yerləşən "Reymon" otelində qeydə alınıb.

Gürcüstan respublikasının vətəndaşı, 1964-cü il təvəllüdlü Milkoşvili Levon Qiorqiya oğlu bıçaqla özünə xəsarətlər yetirib. Yaralı çoxlu qan itirdiyinə görə huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona qarnının ön divarının və hər iki saidin çoxsaylı kəsikləri diaqnozu qoyulub. Yaralı cərrahi əməliyyat olunub və həkim nəzarətində saxlanılır.

Hadisənin təfərrüatı araşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm