Bakıda yüksək vəzifəli şəxs vəfat etdi
Bizi izləyin

Hadisə

Bakıda yüksək vəzifəli şəxs vəfat etdi

Paytaxtın Nərimanov rayon icra hakimiyyətində daha bir şöbə müdiri dünyasını dəyişib.

Bu gün Nərimanov rayon icra hakimiyyətinin Təsərrüfat şöbəsinin 61 yaşlı müdiri Hüseyn Cəfərov vəfat edib.

Hadisənin hansı zəmində baş verdiyi hal-hazırda araşdırılır.

Bundan öncə də Nərimanov rayon İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlizadə Elmar Şamil oğlu intihar etmişdi.

Bu Nərimanov icra hakimiyyətində baş verən yeganə intihar hadisəsi deyil. Belə ki, icra hakimiyyətinin xanım əməkdaşı da intihar edərək həyatına son qoymuşdu.(sfera.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm