Ağcabədidə pambıq kombaynı yandı
Bizi izləyin

Hadisə

Ağcabədidə pambıq kombaynı yandı

Bu gün Ağcabədi rayonunda kənd təsərrüfatı texnikası yanıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, rayonun Şahmalılar kəndində “John Deere” markalı kombaynın yük yerinə yığılan 1 ton pambığın 0,5 tonu yanıb. Pambığın qalan hissəsi və kombayn yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm