• USD 1,7000 0,00% EUR 2,0063 -0,37%
    • GBP 2,2204 -0,54% RUB 0,0222 +0,90%

Bakıdakı yanğın söndürüldü - VİDEO (YENİLƏNDİ)

  • Hadisə
  • 24 Sentyabr 2020 23:20
  • 1 081 Baxış
Bakıdakı yanğın söndürüldü - VİDEO

Bakı şəhərinin Nərimanov rayonunda yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, dördmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən ümumi sahəsi 100 m² olan restoranın bacasında yağ qalıqları yanıb.

Yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı 6 m² sahədə əriyib. Restoranın qalan hissəsi və tutumu 50 l olan 1 ədəd məişət qaz balonu yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

Bir az əvvəl Bakının Təbriz küçəsində iaşə obyektində yanğın baş verib.

Bakı Nəqliyyat Agentliyindən Publika.az-a verilən məlumata görə, yanğınsöndürmə texnikaları əraziyə cəlb olunduğundan Təbriz küçəsinin bu hissəsində hərəkət dayandırılıb.

Bu hal ərazidən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların da hərəkətində çətinliklər yaradıb.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR