Hadisə
ANAMA cəbhəboyu ərazilərdə əməliyyatlar keçirdi
Sentyabrın 27-29-da Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam, Ağcabədi, Ağdaş, Bərdə, Beyləqan, Biləsuvar, Goranboy, Naftalan, Füzuli, Tərtər və Hacıqabul rayonları ərazisinə Ermənistan silahlı qüvvələri tərəfindən atılmış mərmilərin həyətyanı sahələrə, yol kənarına, otlaq və əkin sahəsinə düşməsi barədə Daxili İşlər Nazirliyinin (DİN) 102 - Zəng Mərkəzi Xidmətindən 32, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən 3 və Dövlət Sərhəd Xidmətindən (DSX) 1 müraciət daxil olub.
ANAMA-dan Publika.az-a bildiriblər ki, daxil olmuş 36 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupu tərəfindən Ağdam rayonunun “Dördyol-1”, Quzanlı qəsəbələri və Çəmənli kəndi, Ağcabədi rayonunun Qaradolaq, Ağgöl, Avşar, Hacılar kəndləri, Tərtər rayonunun Qaynaq, Sarıcalı, Çəmənli kəndləri və Şıxarx qəsəbəsi, Füzuli rayonunun Şükürbəyli və Horadiz kəndləri, Goranboy rayonunun Qaramusalı, Həmənli, Qaraçinar, Boluslu, Meşəli, Qırıqlı kəndləri, Biləsuvar rayonunun Nəriman kəndi, Naftalan rayonunun Qaşaltı kəndi və Hacıqabul rayonu ərazisində DİN-in və DSX-nin əməkdaşları ilə birlikdə 34 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirib.
Aparılmış təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri bir ədəd aviabomba (OFAB-100), altı ədəd raket, bir ədəd raketinin arxa hissəsi (dolu) və iki ədəd döyüş başlığı, iki ədəd hərbi məqsədlər üçün istifadə olunan metroloji radiopelenqator, bir ədəd dron (partladıcısı yerində zərərsizləşdirilib. İki ədəd raketin mikrosxeması və dörd ədəd partlamış raket hissələri aşkarlanıb.
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR
-
Hadisə14:03
Azərbaycanın Koreyadakı səfirinin ailəsində AĞIR İTKİ
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?
-
Sosial12:57
Əhaliyə şad xəbər: bu evlər ucuzlaşacaq
-
Magazin112:22
Məleykə Əsədovanın görün neçə yaşı oldu
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı
-
Sosial11:13
Bütün sosial ödənişlər bu tarixdə veriləcək