Ermənistanın top mərmisi Tərtərdə rus əsilli Azərbaycan vətəndaşının evinə düşdü
Bizi izləyin

Hadisə

Ermənistanın top mərmisi Tərtərdə rus əsilli Azərbaycan vətəndaşının evinə düşdü

Ermənistan silahlı qüvvələri bu gün saat 15:00 radələrində Tərtərin Yenikənd kəndini artilleriya atəşinə tutub.

Publika.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Artilleriya atəşi zamanı Yenikənd sakini, Azərbaycan Respublikasının vətəndaşı Oqorodnik Lyuda Vasilyevnaya məxsus yaşayış evinin həyətinə top mərmisi düşüb. Nəticədə həyətdə olan yardımçı tikili dağılıb. Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən ordumuza və dinc əhaliyə qarşı cinayətlər törətmiş təxribatçı erməni birləşmələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilmələri üçün bütün zəruri tədbirlərin görülməsi təmin ediləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm