Hadisə
FHN erməni təxribatları ilə bağlı bəyanat yaydı - Həmin zənglərə inanmayın
Döyüş meydanında ardı-arda ciddi məğlubiyyətlərlə üzləşərək işğal etdikləri Azərbaycan torpaqlarını itirən Ermənistan tərəfi müxtəlif dezinformasiyalara əl ataraq ölkəmizin əhalisi arasında təşviş yaratmaqla vəziyyətdən mümkün qədər çıxmağa çalışır.
Publika.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin bəyanatında bildirilib.
Qeyd edilib ki, ermənilər cəbhəyanı bölgələrdə yaşayan vətəndaşlarımızın telefonlarına müxtəlif ölkə kodlu nömrələrdən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin adından həqiqətə uyğun olmayan məlumatlar çatdıran zənglər edirlər.
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi qəti şəkildə bəyan edir ki, bu zənglər heç bir halda Nazirlik tərəfindən edilməyib və belə müraciətlər tərəfimizdən yayılmayıb. Bu, erməni təbliğat aparatının növbəti çirkin və uğursuz əməlidir.
Odur ki, bir daha vətənşlarımıza müraciət edərək belə zənglərə və ya çağırışlara heç bir halda inanmamağa, yalnız rəsmi dövlət qurumlarımızın rəsmi məlumatlarına etibar etməyə çağırır və əmin edirik ki, aidiyyəti dövlət qurumları, o cümlədən Fövqəladə Hallar Nazirliyi əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi tədbirləri görür.
Oxşar zəng və ya məlumatlarla rastlaşdıqda Nazirliyin “112” qaynar xəttinə müraciət edilməsi xahiş olunur.
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO