Bakıda maşınla qadını öldürüb qaçan şəxs tutuldu
Bizi izləyin

Hadisə

Bakıda maşınla qadını öldürüb qaçan şəxs tutuldu

Bakıda ölümlə nəticələnən yol qəzası törətmiş sürücü tutulub.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, oktyabrın 1-də saat 20 radələrində Binəqədi rayonu ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Həcər Allahverdiyeva vurulub. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ölümlə nəticələnmiş yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Ford” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini O.Məmmədov saxlanılıb.

Araşdırmalar davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm