Hadisə
Düşmənin yaşayış məntəqələrimizə atdığı bombacıqlar zərərsizləşdirildi - FOTO
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Ağdam, Ağcabədi, Bərdə, Beyləqan, Füzuli, Goranboy, Tərtər rayonları və Gəncə şəhəri ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 60 müraciət daxil olub.
ANAMA-dan Publika.az-a bildirilib ki, daxil olmuş 60 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağdam rayonunun Əfətli, Sarıcalı kəndləri, Ergi, Quzanlı, 4 yol qəsəbələri, Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli, Minəxorlu, Muğanlı, Arazbar kəndləri, Bərdə rayonunun Əmirli və Meşəçilik kəndləri, Beyləqan rayonunun Şəfəq kəndi və A.Hacıyev küçəsi, Füzuli rayonunun Arayatlı, Kərimbəyli, Əhmədalılar kəndləri, Zobcuq qəsəbəsi və Horadiz şəhəri, Goranboy rayonunun Qaraçinar, Rəhimli, Şahməmmədli kəndləri, Qızılhacılı qəsəbəsi və E.Süleymanov küçəsi, Tərtər rayonunun Həsənli, Ələsgərli və Dəmirçilər kəndlərinə Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 51 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 1 ədəd 152 mm-lik top mərmisi (OF-540), 1 ədəd 122 mm-lik top mərmisi (D-4), 2 ədəd 300 mm-lik raket (9M528), 33 ədəd patron (30 ədəd 5.45 mm-lik və 3 ədəd 7.62 mm-lik) və 9 ədəd partlamış mərmi qalıqları aşkar olunub.
Həmçinin agentliyin partlayış qrupu tərəfindən 29 ədəd bombacıq partlayış yolu ilə zərərsizləşdirilib.
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR