Hadisə
Bu gün iki “Toçka-U” aşkarlandı - FOTO
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam, Ağcabədi, Beyləqan, Füzuli, Goranboy, Tərtər rayonları, Gəncə, Mingəçevir və Naftalan şəhərləri ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 31 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 2 müraciət daxil olub.
ANAMA-dan Publika.az-a verilən məlumata görə, daxil olmuş 33 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağdam rayonunun Əfətli, Zəngişalı, 1-ci Alıbəyli kəndləri, Ağcabədi rayonunun Hacıbədəli, Tanyaq, Ağgöl, Yuxarı Qiyaməddinli, Hacılar, Şotanlı kəndləri və Hindarx qəsəbəsi, Füzuli rayonunun Şükürbəyli və Arayatlı kəndləri, Goranboy rayonunun Tapqaraqoyunlu kəndi, Gəncə, Mingəçevir və Naftalan şəhərləri ərazisində Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 31 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 1 ədəd 300 mm-lik 9M528 raketinin döyüş başlığı, 2 ədəd partlamış “Toçka-U” taktiki raketinin (9M79M) və 31 ədəd müxtəlif çaplı partlamış top mərmisinin qalıqları aşkar olunub.
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı