Gəncəyə atılan raket zərbəsindən Azərbaycan-Gürcüstan elektrik xətti zədələnib
Bizi izləyin

Hadisə

Gəncəyə atılan raket zərbəsindən Azərbaycan-Gürcüstan elektrik xətti zədələnib

"Bu gün təcavüzkar erməni silahlı birləşmələri gecə saat 01:00 radələrində Mingəçevir və Gəncə şəhərlərinə ballistik raketlərdən zərbələr endirib. Mingəçevir şəhərində yerləşən elektrik stansiyalarına hədəflənmiş raketlər havada məhv edilsə də Gəncə istiqamətində endirilən zərbə nəticəsində beynəlxalq əhəmiyyətli 500 kV-luq Samux-Qardabani hava elektrik xəttində qəza baş verməsinə səbəb olub".

Bu barədə Publika.az-a “Azərenerji” ASC-dən məlumat verilib.

Bildirilir ki, 24 saat fasiləsiz xidmət göstərən “Azərenerji” ASC əməkdaşları qısa vaxt ərzində Azərbaycandan Gürcüstana enerji ötürülən xəttə baş verən qəzanı aradan qaldırıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm