Binəqədidə faciə - 2 nəfər öldü
Bizi izləyin

Hadisə

Binəqədidə faciə - 2 nəfər öldü

Oktyabrın 19-da Bakı şəhəri Binəqədi rayonunda ölümlə nəticələnən yol qəzaları baş verib.

Publika.az xəbər verir ki, dünən saat 20 radələrində Binəqədi rayonu ərazisində Şamaxı rayon sakini M.İbrahimov idarə etdiyi “Daewoo” markalı avtomobillə yolu keçən Şərur rayon sakini Süleyman Məmmədovu vurub və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Bundan başqa oktyabr 2020 Oktyabrın 19-da saat 20 radələrində Binəqədi rayonunun Binəqədi qəsəbəsi ərazisində Bakı şəhər sakini V.Hüseynli idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən qəsəbə sakini Məhəmməd Pənahovu vurub və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm