Hadisə
DİN-də AĞIR İTKİ: General-mayor vəfat etdi - FOTO (YENİLƏNDİ)
Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin rəisi, general-mayor Emin Şəkinskinin vəfatı ilə bağlı məlumat yayıb.
Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, polis general-mayoru ötən gecə müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
***
Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Emin Şəkinski vəfat edib.
Publika.az xəbər verir ki, 59 yaşlı generalın səhhətində problemlər varmış.
Şəkinski Emin Əkrəm oğlu 1960-cı ildə Bakı şəhərində anadan olub. 1982-ci ildə Bakı Dövlət Universitetinin tarix, 1993-cü ildə hüquq fakültələrini bitirib.
1985-ci ildən daxili işlər orqanlarında xidməti fəaliyyətə başlayıb. Cinayət-axtarış strukturlarında müxtəlif vəzifələrdə xidmət aparıb.
E.Şəkinski Bakı şəhəri Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsində şöbə rəisi, Yasamal RPİ-nin 26-cı polis bölməsinin rəisi, Xətai RPİ-nin rəis müavini vəzifələrində işləyib, 2004-cü ilin avqust ayında isə DİN-in Daxili Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsinə irəli çəkilib.
2005-ci ilin aprel ayından DİN-in Baş Cinayət Axtarış İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
Əməliyyat-xidməti fəaliyyətindəki uğurlu fəaliyyətinə görə müxtəlif mükafatlara layiq görülüb. /Bakupost
-
Qoroskop00:34
Günün qoroskopu: axşam saatlarında pul gələcək...
-
İnanc00:01
Bu gün İlaxır çərşənbədir
-
Region18 Mart 22:55
Ərdoğan Putini təbrik etdi
-
MDB18 Mart 22:15
“Rusiya nüvə tərksilahına dair danışıqlara hazırdır” - Peskov
-
Magazin118 Mart 21:50
Renka qəza keçirdi - FOTO
-
Ekologiya18 Mart 20:15
Torpaq çərşənbəsində və Novruz bayramında hava belə olacaq - VİDEO
-
Nida Xəbər 18 Mart 19:30
Ordumuz bu ərazilərdə mövqelərini möhkəmləndirir - Zakir Həsənov
-
Səhiyyə18 Mart 18:40
Azərbaycanda dərmanlarla bağlı YENİ QAYDA