Cəlilabadda ev yanaraq külə döndü
Bizi izləyin

Hadisə

Cəlilabadda ev yanaraq külə döndü

Cəlilabad rayonunun Soltankənd kəndində ümumi sahəsi 150 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 135 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, yüksək temperaturdan bitişik, ümumi sahəsi 50 m² olan talvarın lambirindən ibarət tavanı əriyib.

Evin və talvarın qalan hissəsi, bitişik ümumi sahəsi 40 m² olan qaraj yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm