Hadisə
ANAMA: Raket, top mərmiləri və dronlar zərərsizləşdirildi

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Bərdə, Beyləqan, Füzuli, Goranboy, Naftalan və Tərtər rayonları ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 34 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən 1 müraciət daxil olub.
ANAMA-dan Publika.az-a bildirilib ki, daxil olmuş 35 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun Hacılar, Hüsülü, Muğanlı, Rəncbərlər, Təzəkənd kəndləri, Ağdam rayonunun Alıbəyli kəndi, Quzanlı və Səfərli qəsəbəsi, Bərdə rayonunun Qazaxlar və Təhlə kəndləri, Beyləqan rayonunun Dünyamalılar kəndi, Füzuli rayonunun Alxanlı kəndi, Goranboy rayonunun Təklə kəndi, Naftalan rayonunun Qaşaltı, Tərtər rayonunun Azadqaraqoyunlu, Düyərli, Köçərli, Qazyan, Xoruzlu kəndləri, Şıxarx qəsəbəsi, M.Ə.Sabir və Nizami küçələrinə Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 28 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.
Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 9 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator və 31 ədəd partlamış mərmi qalıqları aşkar olunub.
Agentliyin partlayış qrupu tərəfindən 2 ədəd raket, 8 ədəd top mərmisi və 2 ədəd dron zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 14 496 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

-
Qoroskop00:15
Günün ULDUZ FALI: çılğın etirazlarla qarşılaşa bilərsiniz
-
Dünya30 İyun 23:31
Zelenskidən Putinə məktub gətirdi: "Əməliyyatların tez bir zamanda..."
-
MDB30 İyun 22:48
Belarus bu ölkə vətəndaşları üçün viza rejimini LƏĞV ETDİ
-
Magazin130 İyun 22:00
Rəqsanənin qızı Aysunun toyundan son görüntülər - FOTO/ VİDEO
-
Sosial30 İyun 20:48
Vətən müharibəsi qazisinə toyunda mənzil hədiyyə edildi - VİDEO
-
Sosial30 İyun 20:36
Azərbaycanda boşanmalarla bağlı SON STATİSTİKA
-
Region30 İyun 20:00
Ərdoğan: "Sülhə yol açmaq üçün Putinlə daimi təmasdayam"
-
Dünya30 İyun 19:03
“Ukraynanın NATO-ya qəbulu mümkünə yaxın belə deyildi” - Conson