Şəhid oğlundan TƏSİRLİ SÖZLƏR: Atama 4 güllə dəyib, 30-40 dəqiqə... - VİDEO
Bizi izləyin

Hadisə

Şəhid oğlundan TƏSİRLİ SÖZLƏR: Atama 4 güllə dəyib, 30-40 dəqiqə... - VİDEO

“Atam həmişə müharibə filmlərinə baxırdıq, döyüş oyunları oynayırdıq. Deyirdi ki, müharibə başlasa, ilk mən gedəcəm, bəsdir 30 ildir gözlədik. Bir dəfə onunla görüşməyə getmişdik. Yarım saat sonra gəldi, atamı uzaqdan görəndə sevincimdən ağladım. O mənə dedi ki, “niyə ağlayırsan? mən buradayam”. Biz onunla orada sonuncu dəfə görüşdük”.

Publika.az xəbər verir ki, bu sözləri şəhid Teymur Abbaslının oğlu Feyruz Abbasov Xəzər tv-də Lalə Azərtaşın aparıcılıq etdiyi “Birinci Studiya” verlişində danışarkən deyib. Son günlər sosial şəbəkədə görüntüləri yayımlanan Feyruz şəhid olan atası ilə bağlı xatirələrini bölüşüb:

Balaca Feyruz atası ilə sonuncu telefon danışığını yada salıb:

“Atam sonuncu dəfə bizimlə danışanda dedi ki, biz artıq içəri daxil oluruq, sizinlə bir, ya da iki həftə danışa bilməyəcəm. Orada atama 4 güllə dəyib, yaralanıb, 30-40 dəqiqə sağ qalıb, daha sonra isə vəfat edib. İstəməzdim ki, atam vəfat etsin. Heç bir uşağın başına belə bir iş gəlməsin. Qocalıb rəhmətə gedəndə onunla uzun müddət yaşayırsan. Lakin daha kiçik yaşında ata olmayanda... pis olursan”.

Qeyd edək ki, ehtiyatda olan leytenant Teymur Abbaslı oktyabrın 13-də Füzuli istiqamətində gedən döyüşlərdə həlak olub. O, Ağ Partiyasının sədri Tural Abbaslının qardaşı idi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm