Bakıda faciəvi hadisə - 61 yaşlı kişinin meyiti tapıldı
Bizi izləyin

Hadisə

Bakıda faciəvi hadisə - 61 yaşlı kişinin meyiti tapıldı

Bakıda mənzildən meyit tapılıb.

Publika.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb.

Orada aşkarlanan 1959-cu il təvəllüdlü Abbasov Azər Zahid oğlunun meyiti aidiyyəti üzrə təhvil verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm