DİN 2 nəfərin öldüyü hadisə ilə bağlı məlumat yaydı
Bizi izləyin

Hadisə

DİN 2 nəfərin öldüyü hadisə ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi Bərdədə baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 21-də saat 20 radələrində Bərdə şəhəri ərazisində Tərtər rayon sakini R.Rəhimlinin idarə etdiyi “VAZ-2107” və Kəlbəcər rayon sakini Ədalət Camalovun idarə etdiyi “VAZ-21011” markalı avtomobillər toqquşub. Daha sonra "VAZ-21011"də yanğın baş verib.

Ə.Camalov və R.Rəhimlinin sərnişini, həmyerlisi Samir Abbasov aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

R.Rəhimli və sərnişinləri olan daha 3 nəfər xəstəxanaya yerləşdiriliblər.

Bərdə RPŞ tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm