Şamaxıda koronavirus xəstələrinə cinayət işi açıldı
Bizi izləyin

Hadisə

Şamaxıda koronavirus xəstələrinə cinayət işi açıldı

Şamaxı Rayon Polis Şöbəsinə (RPŞ) COVID-19 infeksiyasına yoluxmuş rayon sakinlərinin yaşayış yerlərini tərk etmələri barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Publika.az-a verilən məlumata görə, Şamaxı rayonu Sabir qəsəbə sakini K.Mahmudovun, İkinci Çaylı kənd sakini F.Şirinovun, şəhər sakinləri R.Dəmirov və A.Abdullayevin koronavirus testlərinin nəticəsi pozitiv olduğuna görə, onlara ev şəraitində müalicə təyin edilib, qaydalara riayət etmələri tapşırılıb.

Lakin həmin şəxslər qaydaları pozaraq yaşadıqları evləri tərk ediblər.

Keçirilən müvafiq tədbirlərlə onların rayon ərazisində olduqları yer müəyyən olunub və əraziyə həkim briqadası dəvət edilib. Polis əməkdaşlarının da müşayiəti ilə onlar yaşadıqları ünvanlara geri qaytarılıblar.

Şamaxı RPŞ-nin İstintaq bölməsində həmin şəxslər barəsində cinayət işi başlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm