
Şəmkirdə ağır yol qəzası baş verib.
Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, noyabrın 25-də saat 15 radələrində Şəmkir şəhəri R.Rəhimov küçəsində rayon sakinləri M.İbrahimovun idarə etdiyi “Mercedes” və Mais Hüseynovun idarə etdiyi “QAZ-3129” markalı avtomobillər toqquşub. Nəticədə hər iki sürücü və M.Hüseynovun sərnişini xəstəxanaya yerləşdirilib. M.Hüseynov orada ölüb.
Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.