Bakıda baş verən yanğın söndürüldü - YENİLƏNDİ
Bizi izləyin

Hadisə

Bakıda baş verən yanğın söndürüldü - YENİLƏNDİ

Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində beşmərtəbəli binanın 3-cü mərtəbəsində (yeni tikilən kommersiya təyinatlı obyekt) yanğın baş verib.

Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, yanğın təqribən 150 m² sahədə olub. Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Əlavə məlumat veriləcək.

xxx

Bakıda yeni tikilən obyekt yanır.

Paytaxtın Sabunçu rayonu ərazisində yerləşən yeni tikinti obyektində yanğın başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib. Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm