Füzulidə minaya düşən şəxslərin ölümlərindən öncə çəkdikləri SON VİDEO
Bizi izləyin

Hadisə

Füzulidə minaya düşən şəxslərin ölümlərindən öncə çəkdikləri SON VİDEO

Füzuli rayonunun işğaldan azad olunmuş Aşağı Seyidəhmədli kəndi ərazisində “Toyota” markalı avtomobillə hərəkətdə olarkən tank əleyhinə minaya düşərək həlak olan şəxslərin çəkdiyi son video yayımlanıb.

Publika.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda doğma yurdlarına qayıdan şəxslərin sevinci əks olunub.

Qeyd edək ki, 28 noyabr tarixində saat 15:10 radələrində Füzuli rayonunun işğaldan azad olunmuş Aşağı Seyidəhmədli kəndində mülki əhalinin girişi qadağan olunan təhlükəli ərazidə “Toyota” markalı avtomobil iki ədəd tank əleyhinə minaya düşüb. Nəticədə avtomobildə olan dörd nəfər həlak olub.

Həmin görüntüləri təqdim edirik:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm