
Lənkəran rayonu Osakucə kənd sakini Hümmətov Tural Ağababa oğlu Vətən müharibəsində qəhrəmancasına şəhid olub.
Publika.az xəbər verir ki, noyabrın 9-da doğma kəndində dəfn edilən Turalın atası ötən gün vəfat edib.
Belə ki, Ağababa kişi oğul dərdinə cəmi 20 gün dözə bilib. O, dünən oğlunun yanında dəfn edilib.
Allah rəhmət eləsin!