DİN Bakıda həkimlərin öldüyü hadisə ilə bağlı məlumat yaydı
Bizi izləyin

Hadisə

DİN Bakıda həkimlərin öldüyü hadisə ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi ötən gecə Bakıda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Publika.az xəbər nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 30-da saat 1 radələrində Xətai rayonunun Nobel prospektində Bakı şəhər sakini T.Məmmədov idarə etdiyi “BMW” markalı avtomobili aşırıb.

Nəticədə sürücü və sərnişinlərindən Ağcabədi rayon sakini Yeganə Məmmədova, Qəbələ rayon sakini Sahil Mustafazadə hadisə yerində ölüb, digər sərnişini xəstəxanaya yerləşdirilib.

Xətai RPİ tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm