“Qarabağ”ın sahibi üç min manat CƏRİMƏLƏNDİ
Bizi izləyin

Hadisə

“Qarabağ”ın sahibi üç min manat CƏRİMƏLƏNDİ

Kürdəmirdə karantin rejimi qaydaları ciddi şəkildə pozularaq gizlin fəaliyyət göstərən restoran aşkarlanıb və sahibi cərimə olunub.

Publika.az xəbər verir ki, gizlin fəaliyyət göstərən “Qarabağ” restoranı rayonun Xırdapay kəndi ərazisində aşkar edilib və sahibi Hacıyev Baqir İlham oğlu saxlanılaraq rayon polis şöbəsinə gətirilib. Onunla profilaktik söhbət apardıqdan sonra işinə hüquqi qiymət verilməsi üçün Kürdəmir rayon məhkəməsinə aparılıb.

Sonda məhkəmənin qərarı ilə Baqir Hacıyev karantin qaydalarını ciddi şəkildə pozduğuna görə 3 min manat cərimə olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm