Trampı inaqurasiyamda gözləyirəm - BAYDEN
Bizi izləyin

ABŞ

Trampı inaqurasiyamda gözləyirəm - BAYDEN

ABŞ-ın gələcək prezidenti Co Bayden Birləşmiş Ştatların hazırkı dövlət başçısı Donald Trampın öz inaqurasiyasında olmasına ümidini ifadə edib.

Publika.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Bayden əlavə edib ki, Trampın gəlişi "hakimiyyətin sülh ilə ötürülməsini nümayiş etdirəcək".

ABŞ mətbuatının məlumatına görə, prezident seçkilərində Demokratlar Partiyasının namizədi Co Bayden qalib gəlib. Bəzi ştatlar Baydenin qalib gəldiyini açqlayıblar. ABŞ-da növbəti inaqurasiya 2021-ci ilin 20 yanvarında olacaq. Birləşmiş Ştatların hazırkı prezidenti Donald Tramp 3 noyabr seçkilərindəki məğlubiyyətlərini tanımır. Respublikaçıların namizədi bir sıra ştatların seçkilərinin nəticələrinə etiraz edir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm