Göyçayda ağır qəza - Yaralılar var
Bizi izləyin

Hadisə

Göyçayda ağır qəza - Yaralılar var

Göyçay rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Hadisə bu gün günorta saatlarında şəhərin Nizami küçəsində qeydə alınıb.

Belə ki, "VAZ-2107" markalı iki minik avtomobili toqquşub. Nəticədə hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisə zamanı avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.(Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm