İmişlidə AĞIR QƏZA: “QAZ-24” yük maşınıyla toqquşdu, 8 nəfər... - FOTO
Bizi izləyin

Hadisə

İmişlidə AĞIR QƏZA: “QAZ-24” yük maşınıyla toqquşdu, 8 nəfər... - FOTO

İmişlidə 8 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Hadisə dünən gecə rayonun Şahverdili kəndində baş verib. Belə ki,“Shacman” markalı yük maşını “QAZ-24” markalı minik avtomobili ilə toqquşub.

Qəza zamanı minik avtomobilinin sürücüsü 1988-ci il təvəllüdlü Əliyev Müslüm Səftər oğlu və sərnişinlər - 1978-ci il təvəllüdlü Gülmalıyeva Zeynəb Məhyəddin qızı, 1986-cı il təvəllüdlü Əliyeva Aytel Ağayar qızı, 1987-ci il təvəllüdlü Əliyev Pərviz Səftər oğlu, 1994-cü il təvəllüdlü Əliyeva Aygül Hilqət qızı, 2003-cü il təvəllüdlü Gülmalıyev Fərhad Abdulla oğlu, 2016-cı il təvəllüdlü Əliyev Sabir Pərviz oğlu və 2017-ci il təvəllüdlü Əliyev Hüseyn Müslüm oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar əvvəl İmişli rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır. (qafqazinfo.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm