Bakıda 18 mərtəbəli binada YANĞIN
Bizi izləyin

Hadisə

Bakıda 18 mərtəbəli binada YANĞIN

Bu gün Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonunda 18 mərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

Publika.az xəbər verir ki, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

İlkin məlumata əsasən, binanın şaxtasında elektrik naqilləri yanıb.

Bildirilib ki, artıq binanın şaxtasında yanğın məhdudlaşdırılıb, yanğının yayılma təhlükəsi yoxdur.

Əlavə məlumat veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm