Bakıda koronavirusa yoluxan 25 yaşlı oğlan tutuldu
Bizi izləyin

Hadisə

Bakıda koronavirusa yoluxan 25 yaşlı oğlan tutuldu

Daha bir koronavirus xəstəsi ictimai yerdə müəyyən olunaraq saxlanılıb.

Bu barədə Publika.az-a DİN-dən bildirilib. Belə ki, COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar aktiv koronavirus xəstələrinə nəzarət-profilaktik tədbirlər gücləndirilib. Nərimanov RPİ əməkdaşları tərəfindən rayon ərazisində sosial təcrid, özünü təcrid tədbirlərinə əməl etməyən, 25 yaşlı aktiv koronavirus xəstəsi Elvin İbrahimov müəyyən olunaraq saxlanılıb.

Tibbi qaydalar gözlənilməklə E.İbrahimov ictimai yerdə müəyyən edilərək yaşadığı evə qaytarılmaqla, müvafiq səhiyyə qurumları məlumatlandırılıb. Onun barəsində toplanan materiallar Nərimanov RPİ-nin İstintaq Şöbəsinə göndərilib. E.İbrahimov Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq araşdırmaları davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm