Nərimanovda 4 min kvadrat metrlik anbar yandı
Bizi izləyin

Hadisə

Nərimanovda 4 min kvadrat metrlik anbar yandı

Bakı şəhərinin Nərimanov rayonunda yanğın olub.

Publika.az xəbər verir ki, ümumi sahəsi 4000 m² olan ikimərtəbəli anbar binasında 4 m² sahəyə yığılmış 50 ədəd salafan rulon, 3 m² sahədə karton qutular və binanın dam örtüyünün yanar konstruksiyaları 3 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Anbarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm