Bakıda tibbi maska taxmayan koronavirus xəstəsi ictimai yerdə tutuldu
Bizi izləyin

Hadisə

Bakıda tibbi maska taxmayan koronavirus xəstəsi ictimai yerdə tutuldu

Xəzər Rayon Polis İdarəsinin 3-cü polis bölməsinin əməkdaşları tərəfindən 34 yaşlı Rəşad Əhmədov Binə qəsəbəsində ictimai yerdə tibbi maskadan istifadə etmədiyinə görə saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, araşdırma zamanı onun aktiv COVID-19 virusunun daşıyıcısı kimi qeydiyyatda olduğu müəyyənləşdirilib. Polis əməkdaşları onunla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumunu məlumatlandırıblar.

Onun barədə toplanan materiallar rayon polis idarəsinin istintaq şöbəsinə göndərilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb.

İstintaq araşdırmaları davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm