Azərbaycanda evlərdə gizli toy təşkil edənlər yaxalandı
Bizi izləyin

Hadisə

Azərbaycanda evlərdə gizli toy təşkil edənlər yaxalandı

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Publika.az-a verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlərlə rayonun Marzılı və Hacı Mahmudlu kəndlərində fərdi yaşayış evlərində toy məclisi təşkil edən şəxslər müəyyən ediliblər.

Xüsusi karantin rejimi qaydalarını pozan toy məclislərinin təşkilatçıları olan 4 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokollar tərtib olunaraq cərimələniblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm