Azərbaycanda ötmə əməliyyatı vaxtı dəhşətli qəza - Ölən və yaralananlar var
Bizi izləyin

Hadisə

Azərbaycanda ötmə əməliyyatı vaxtı dəhşətli qəza - Ölən və yaralananlar var

Ağcabədi rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Publika.az dekabrın 21-i saat 9 radələrində rayonun Nəcəfqulubəyli kəndi ərazisində, Ağcabədi-Zərdab yolunun 14-cü kilometrliyində Kürdəmir rayon Atakişili kənd sakini Zərbəliyev Şaiq Əjdər oğlunun idarə etdiyi “Nissan” və Sumqayıt şəhər sakini H.İsmayılovun idarə etdiyi “Opel” markalı avtomobillər toqquşub.

Nəticədə Ş.Zərbəliyev hadisə yerində ölüb, sərnişini olan oğlu və digər sürücü xəstəxanaya yerləşdiriliblər.

İlkin araşdırma zamanı məlum olub ki, hadisə Ş.Zərbəliyev avtomobillə digər nəqliyyat vasitəsini ötməyə çalışarkən baş verib.

Ağcabədi Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm